Çempionu döyüb öldürən azərbaycanlı Anarın yerini deyənə 500 minlik MÜKAFAT VƏDİ
23 avqust 2017 11:13 (UTC +04:00)

Çempionu döyüb öldürən azərbaycanlı Anarın yerini deyənə 500 minlik MÜKAFAT VƏDİ

 

Rusiya Daxili İşlər naziri pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən Anar Allahverənovun yerini deyənə 500 min rubl (təxminən 15 min manat) mükafat təyin edib. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-i məlumat yayıblar. Anar Allahverənovun yerini deyənin adı isə gizli saxlanılacaq.

Məlumata görə, Anar Allahverənov  hələ də saxlanılmayıb, axtarışı davam etdirilir.

 

Xatırladaq ki, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı “Qalareya” kafesindən çıxarkən azərbaycanlı idmançı Anar Allahverənovla mübahisə edib. Allahverənov bir neçə zərbəylə onu öldürüb.

 

# 191
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar