<b>Azərbaycanlılarla taciklər arasında qanlı dava:</b><span style="color:red;"> onlarla yaralı var
18 avqust 2017 10:50 (UTC +04:00)

Azərbaycanlılarla taciklər arasında qanlı dava: onlarla yaralı var

Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlılarla taciklər arasında dava düşüb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Kanavinsk rayonunda yerləşən bazarda baş verib. 

 

Məlumata görə, davada hər iki tərəfdən 200-dən çox şəxs iştirak edib. 30-dan çox şəxs bıçaq zərbəsi alıb, xəstəxanaya yerləşdirilib. 20 nəfər isə saxlanılaraq polisə aparılıb.Yerli polis hazırda bazarı bağlayıb, ora heç kim buraxılmır.

 

Araşdırma gedir.

# 110
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar