Tailand şahzadəsi Bakıda Muzeyi ziyarət edib
15 avqust 2017 16:55 (UTC +04:00)

Tailand şahzadəsi Bakıda Muzeyi ziyarət edib

Azərbaycanda səfərdə olan Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhorn və Krallığın nümayəndələri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, muzeyin Elmi ekskursiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı, t.ü.f.d. Səidə Həmzəbəyova qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat verib. 

Şahzadə muzeyə özünün müəllifi olduğu “Gözəlliklər yolunda” (“Along the way of splendour”) kitabını hədiyyə verib.

Sonra qonaqlar muzeyin eksponatları ilə yaxından tanış olublar.

 

# 298
avatar

Oxşar yazılar