Dünyadakı azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı - ADLAR
11 avqust 2017 14:15 (UTC +04:00)

Dünyadakı azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı - ADLAR

 

Hazırda dünyada 17 azərbaycanlı “qanuni oğru” var. Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb.

 

Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır.

 

“Zaur Naxçivanski”, “Tolik Noqinski”, “Albert Piterski”, “Rüfət Gəncinski”, “Emin Hacıqabulski”, “İlqar Bakinski” Rusiyada həbsxanadadırlar. “Lotu Quli” isə Azərbaycanda cəza çəkir.

 

İki nəfər “Rəşad Gəncinski” və “Yusif Şamxorski” Rusiya, “Rafət Əlibayramlinski” isə Azərbaycan tərəfindən axtarışa verilib.

 

“Yunus  Yasamalski”, “Namiq Bakinski” (“Lotu Quli”nin qardaşı), “Hacı Beyləqanski”, “Ceyhun Gəncinski”, “Vaqif Diplomat”, “Arif Sumqaitski”,  “Dato (Cavid) Ağcabədinski” isə azadlıqdadır.

 

Azərbaycanlı “qanuni oğru”ların arasında ən yaşlıları “Yunus Yasamalski” və “Arif Sumqaitski”dir. Onların hər ikisinin 56 yaşı var.

 

Ən gənc “qanuni oğru”lar isə “Dato Ağcabədinski” və “Zaur Naxçivanski”dir. Onlar 1985-ci il təvəllüdlüdürlər.

# 618
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar