82 yaşlı azərbaycanlı atasını axtarmağa getdi...qardaşlıq qəbiristanlığında tapdı
20 iyul 2017 12:28 (UTC +04:00)

82 yaşlı azərbaycanlı atasını axtarmağa getdi...qardaşlıq qəbiristanlığında tapdı

82 yaşlı Lənkəran rayon sakini Cəfərov Saleh Kazım oğlu atasının qəbrini axtarmaq üçün Krıma gedib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 82 yaşlı qocanın atası Kazım Cəfərov onun hələ 5 yaşı olarkən Sevastopol uğrunda döyüşlərdə həlak olubmuş. İndiyədək onun harada dəfn edilməsi isə məlum deyilmiş.

Saleh Cəfərovun bu yaşında atasının qəbrini axtarması yerli KİV-nin də marağına səbəb olub. Məlum olub ki, azərbaycanlılardan ibarət 77-ci atıcı diviziyanın tərkibində döyüşən Kazım Cəfərov 1942-ci ilin sonlarında “Sapun qora” adlı yerdə həlak olub. O,  həlak olan digər döyüş yoldaşları ilə bərabər həmin ərazidə, şərti olaraq 8 saylı adlan təpədə dəfn edilib. 82 yaşlı Saleh baba qardaşlıq qəbiristanlığında olub,  Lənkərandan  özüylə gətirdiyi torpağı qəbiristanlığa töküb.

 

9 uşaq, 22 nəvəsi olan Saleh Cəfərov həmin qəbiristanlıqdan da torpaq götürərək Lənkərana qayıdıb. 

# 139
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar