Əməkdar artist xəstəxanaya yerləşdirildi - <span style="color:red;">Əməliyyat olunacaq
07 iyul 2017 12:46 (UTC +04:00)

Əməkdar artist xəstəxanaya yerləşdirildi - Əməliyyat olunacaq

 

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov səhər saatlarında xəstəxanaya yerləşdirilib. Lent.az-ın yenicag.az-a istinadən verdiyi məlumata görə, aktyor bu dəqiqələrdə Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunmağa hazırlaşır.

İlham Hüseynov əməliyyatdan öncə bu sözləri deyib:

“Artroz xəstəliyindən əziyyət çəkirəm, buna “oynaqda qığırdaq yeyilməsi” xəstəliyi də deyilir. Hər iki çanağımda qığırdağın yeyilməsi prosesi gedir. Əməliyyat hələ ki, sağ çanaq oynağımda aparılacaq. Həkimin dediyinə görə, ağır əməliyyatdır. Əməliyyatdan sonra beş gün xəstəxanada yatmalıyam. Sonra da iki aya yaxın əsa ilə gəzməliyəm. Payızda isə sol çanaq oynağımda ikinci əməliyyat olunmalıdır. Dua edin ki, əməliyyat uğurla keçsin”.

Xəstənin təlaşını özünəməxsus təmkinliklə qarşılayan cərrah Cəfər Nəsirli isə əməkdar artistə ürək-dirək verərək, bunları dedi:” Qəti narahat olmayın, hər şey yaxşı olacaq, söz verirəm”.

# 395
avatar

Oxşar yazılar