Azərbaycanlılara qan udduran şəxs ələ keçdi - FOTO
07 iyul 2017 11:37 (UTC +04:00)

Azərbaycanlılara qan udduran şəxs ələ keçdi - FOTO


1990-cı illərdə Moskvada fəaliyyət göstərən “Orexovo-Medvedkovo” kriminal qruplaşmasının lideri Aleksandr Şarapov həbs edilib. Lent.az-ın Rusiya İstintaq Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, Şarapov 16 il idi, Rusiyada axtarışa verilmişdi.

 

O, bir neçə qətldə, cinayətkar dəstə yaratmaqda, quldurluqda və digər cinayətlərdə ittiham olunur.

 

Xatırladaq ki, “Orexevo-Medvedkovo” qruplaşması Moskvanın ən qəddar cinayətkar qruplaşması hesab edilirdi. Əsəsən Moskvanın cənubunda fəaliyyət göstərən bu qruplaşmanın qurbanları arasında xeyli azərbaycanlı da olub. Onlar Moskvanın “Orexevo”, “Domodedovo”, “Kaşirskaya”, “Kantemirovskaya”, “Tsaritsino” və digər metrostansiyaları yaxınlığında ticarət və taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlılara qarşı xüsusi qəddarlıq göstəriblər. Həmin vaxt qruplaşma üzvləri bir neçə azərbaycanlını qətlə yetirmişdilər. Onlarla azərbaycanlının ticarət nöqtələri isə əllərindən alınmışdı. Əksər azərbaycanlılar isə qruplaşmaya böyük məbləğdə haqq ödəyirdilər.

 

46 yaşlı Şarapov Rusiyanın Vladimir şəhərində saxlanılıb və Moskvaya gətirilib.

 

# 197
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar