ADO-da yeni tamaşa –<span style="color:red;"> Psixosomatik aksiya
01 iyul 2017 15:14 (UTC +04:00)

ADO-da yeni tamaşa – Psixosomatik aksiya

 

ADO Teatrında fəaliyyətə başlayan aktyorluq kursunun “A” qrupunun dərsləri yekunlaşıb. Lent.az-ın məlumatına görə, bununla əlaqədar, kurs üzvləri ilə hazırlanan “Zombi Zona” tamaşası tamaşaçılara təqdim olunacaq. Bu barədə ADO`nun yaydığı rəsmi məlumatda qeyd olunub. Məlumatda bildirilir ki, tamaşa iyulun 2-si saat 20:00`da ADO`nun binasında göstəriləcək. Tamaşa “psixosomatik aksiya” janrında hazırlanıb. Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Gümrah Ömərdir. Azərbaycan teatrının tanınmış simalarından olan, quruluş verdiyi tamaşaları ilə hər zaman diqqət çəkən, eyni zamanda “Yuğ” teatrının baş rejissoru olan Gümrah Ömər həmçinin kurs üzvləri ilə aktyorluq sənəti dərslərini həyata keçirib. Üzvlərin plastika və səhnə danışığı dərslərini isə Azərbaycan teatrının tanınan və sevilən aktyoru Amid Qasımov keçib. Kursun yekununda isə üzvlərlə birgə tamaşa hazırlanması və təqdim olunması qərara alınıb. Adıçəkilən tamaşa canlı musiqinin müşayiəti ilə həyata keçiriləcək. Musiqi nömrələrini isə məşhur “Les Gardiens Du Silince” qrupu təqdim edəcək. Kursun və tamaşanın təşkilati məsələlərini isə ADO`nun qurucusu Elmin Bədəlov həyata keçirib. Tamaşadan sonra kursu bitirən üzvlərə ADO`nun sertifikatları da təqdim olunacaq.

 

Tamaşada iştirak edəcək kurs üzvləri:

Olqa Quliyeva

Pakizə Hacıyeva

Novruz Bəhramov

Zərif Bəkirova

Rəyasət Şahverdiev

Fuad Əliyev

İskra Tarrant

 

Bilet: 5 AZN

Ünvan: Mirzəağa Əliyev 245 // ADO

Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85

E-mail: adotheatre@gmail.com

Rəsmi sayt:

ado.az

Rəsmi səhifələr:

fb.com/adotheatre

instagram.com/adotheatre

# 330
avatar

Oxşar yazılar