Bakıda məşhur hind aktyoru ilə görüş keçirildi
28 iyun 2017 20:09 (UTC +04:00)

Bakıda məşhur hind aktyoru ilə görüş keçirildi

Nizami Kino Mərkəzində Hindistanın məşhur aktyoru, Bollivud ulduzu Avinash Sachdevlə görüş keçirilib.

 

APA-nın məlumatına görə, pərəstişkarları qarşısında çıxış edən aktyor Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib. O, qeyd edib ki, azərbaycanlı tamaşaçılar ilə sonuncu görüşü olmayacaq: “Azərbaycanda, Bakıda olmaqdan çox məmnunam. Sevinirəm ki, məni Azərbaycanda bu qədər insan sevir. Mən ilk dəfədir Bakıya səfər edirəm. Ümid edirəm, gələcəkdə regionlarla da tanış ola biləcəyəm. Məni sizinlə görüşdürdüyünə, bu tədbiri təşkil etdiyinə görə Azərbaycan - Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkürümü bildirirəm”.

 

Aktyor əlavə edib ki, Azərbaycanla Hindistan arasında mədəni əlaqələrin daha da inkişaf etməsi üçün imkanlarından istifadə edəcək: “Mən inanıram ki, gələcəkdə iki ölkənin mədəni əlaqələrində körpü rolunu oynayacağam”.

 

Qeyd edək ki, A. Sachdev Azərbaycan - Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gəlib. O, 26-30 iyun tarixlərində ölkəmizdə səfərdə olacaq. A. Sachdev Türkiyənin "Kanal 7" televiziyasında yayımlanan "Tatlı bəla" serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır.

 

 

# 581
avatar

Oxşar yazılar