Azərbaycanlı ilə erməni toqquşdu, gürcü yaralandı - <span style="color:red;">GÖRÜNTÜLƏR
28 iyun 2017 13:00 (UTC +04:00)

Azərbaycanlı ilə erməni toqquşdu, gürcü yaralandı - GÖRÜNTÜLƏR

Rusiyanın Leninqrad vilayətinin Vıborq rayonunda "Qazel” və “Volqa” markalı iki avtomobil toqquşub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, “Volqa”nın Ermənistan vətəndaşı olan 31 yaşlı sürücüsü idarəetmənin itirərək, 60 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi “Qazel”ə çırpılıb.

 

Sürücülərin hər ikisi yüngül xəsarət alsa da, “Volqa”da olan Gürcüstan vətəndaşı ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

 

# 207
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar