Rusiyada iki azərbaycanlı həbsdən qaçıb – <span style="color:red;">TƏHLÜKƏ XƏBƏRDARLIĞI  - YENİLƏNİB
28 iyun 2017 18:03 (UTC +04:00)

Rusiyada iki azərbaycanlı həbsdən qaçıb – TƏHLÜKƏ XƏBƏRDARLIĞI - YENİLƏNİB

Rusiyanın Mordova Respublikasında iki azərbaycanlının həbsdən qaçması ilə bağlı hadisənin bəzi detalları məlum olub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bir sıra ağır cinayətlərdə ittiham olunaraq həbs edilmiş Aslan Cəlalov və İsmət Hüseynovun Azərbaycana ekstradisiyasına hazırlıq gedirmiş. Onlar bu məsələ ilə bağlı Ruzayevka şəhərindəki təcridxanaya aparılarkən yolda konvoy maşınından düşüb qaçmağa müvəffəq olublar.

 

***

12:03

 

Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər.

 

Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar.

 

Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan
Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.

 

Mordova hökuməti qaçan məhkumların tutulmasına yardım göstərmələri üçün Azərbaycan diasporundan da kömək istəyib.

 

 

# 213
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar