[b]Salvador Dalinin qalıqları eksqumasiya ediləcək[/b]
26 iyun 2017 17:49 (UTC +04:00)

[b]Salvador Dalinin qalıqları eksqumasiya ediləcək[/b]

Madrid Məhkəməsi atalığın müəyyənləşdirilməsi iddiası ilə əlaqədar məşhur rəssam Salvador Dalinin meyitinin qalıqlarının eksqumasiya edilməsi barədə qərar verib.
 
APA-nın məlumatına görə, bu barədə bu gün EFE agentliyi məlumat yayıb.
 
Pilar Abel adlı qadın S. Dalinin qızı kimi tanınmasını tələb edib və məhkəmə də atalıqla bağlı bioloji test keçirilməsi üçün belə bir qərar verib.
 
Qeyd edək ki, S. Dali 1904-cü il mayın 11-də anadan olub, sürrealizm cərəyanının məşhur nümayəndələrindən biridir.  Yüzlərlə rəsm əsəri, kitablar üçün illüstrasiyaların, heykəllərin müəllifi olan rəssam 23 yanvar 1989-cu ildə Kataloniya vilayətinin Fiqeras şəhərində vəfa edib. 
# 339
avatar

APA Baycan

Oxşar yazılar