ADO Gürcüstana qastrola gedir - <span style="color:red;">2 tamaşayla
08 iyun 2017 16:52 (UTC +04:00)

ADO Gürcüstana qastrola gedir - 2 tamaşayla

 

ADO Theatre - Collective Gürcüstanın Tbilisi şəhərində qastrol səfərində olacaq.

 

Teatrdan Lent.az-a verilən məlumatda deyilir ki, ADO Theatre – Collective bu dəfə Tbilisiyə iki tamaşa aparacaq: “24 iyun GOTT adlı tamaşamızı, 25 iyun isə STOP adlı tamaşamızı nümayiş etdirəcəyik. Bundan əlavə Tbilisinin mərkəzində küçə performanslarımızı da nümayiş etdirəcəyik. “Hamam” və “Qadın səsi” performanslarının da nümayişi gözlənilir. Səfər barədə bütün məlumatları ADO`nun saytı olan www.ado.az ünvanında bölüşəcəyik. Tamaşamızın birini “Fabrika” adlı məkanın səhnəsində, digərini isə “Loft” məkanda nümayiş etdirəcəyik. Lakin hazırda Tbilisidə yerləşən bir neçə incəsənət məkanları ilə danışıqlarımız gedir, tamaşa nümayişi saylarının artımı da gözlənilir”.

 

Teatrdan verilən məlumatda bildirilir ki, artıq qastrol səfəri ilə bağlı Gürcüstanda elanlar yayılmağa başlayıb və hazırlıq işləri gedir. Bundan əlavə teatr səfər öncəsi, 13 iyun saat 20:00-da STOP adlı tamaşanı, 17 iyun saat 20:00-da GOTT adlı tamaşanı ADO`nun məkanında nümayiş etdirəcək.

 

Qeyd edək ki, adıçəkilən tamaşaların müəllifi və rejissoru ADO`nun qurucusu Elmin Bədəlovdur. ADO Teatrı bu dəfə 10 nəfərlik heyətlə səfərə hazırlaşır. Teatr bir il bundan öncə də Gürcüstana səfər edib, Tbilisidə bir neçə məkanda tamaşalar nümayiş etdirmişdi. Ötən il Gürcüstanın bir neçə televiziya və media orqanı bu barədə məlumatlar da yaymışdı.

 

# 282
avatar

Oxşar yazılar