Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək
19 may 2017 17:44 (UTC +04:00)

Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək

 

 

Heydər Əliyev Sarayında mərhum bəstəkar, xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək.

 

Lent.az-ın məlumatına görə, iyunun 3-də keçirilməsi nəzərdə tutulan konsertdə xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Azər Zeynalov, Brilliant Dadaşova, İlham Namiq Kamal, Nazpəri Dostəliyeva, Ənvər Sadıqov, əməkdar artistlər Teymur Əmrah, Lalə Məmmədova, Anar Şuşalı, Almaz Ələsgərova, Zakir Babayev, İnarə Babayeva, müğənnilər Eldar Qasımov, Elton Hüseynəliyev, Rəşad İlyasov, Emiliya Yaqubova, Səbinə Ərəbli, Nadir Qafarzadə, Zabitə Əliyeva, Nigar Şabanova, Nurlan Əzizbəyli, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, “Sevil” qrupu və başqalarının iştirakı nəzərdə tutulur.  

 

Xatırladaq ki, Emin Sabitoğlu “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Bu gecə”, “Sən olmuşam”,  “Fikriyyə”, “Ala gözlüm”, “Çiçək yağışı”, “Qəlbimdə qaldın”, “Ayrılma məndən” kimi yüzlərlə sevilən və unudulmaz mahnıların müəllifidir, onlarla filmə öz musiqiləri ilə ruh verib, neçə-neçə televiziya və teatr tamaşalarını öz ruhu ilə daha da sevdirib.

 

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA.TV, APA, Lent.az, Trend, Milli.az, Day.az, Vesti.az və Azernews.az-dır.

 

# 463
avatar

Oxşar yazılar