<b>Açılış mərasiminin balaca qəhrəmanı: <span style="color:red;">"Sevindiyimdən kövrəldim" </b>
13 may 2017 12:58 (UTC +04:00)

Açılış mərasiminin balaca qəhrəmanı: "Sevindiyimdən kövrəldim"

 

Dünən Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi oyunlarının rəsmi açılış mərasimi zamanı bir-birindən möhtəşəm səhnələr təqdim edildi. Lent.az xəbər verir ki, ən maraqlı səhnəciklərdən biri Mina və onun babasının çıxışı olub. Baba rolunu xalq artisti Nurəddin Mehdixanlının ifa etdiyi səhnədə Mina obrazını “APA Holding”in əməkdaşı Heyran Əmiraslanovanın qızı Eleanora Yusifova canlandırıb.

 

Xeyli vaxtdır, gimnastika ilə məşğul olan 13 yaşlı Eleonora Lent.az-a açıqlamasında deyib ki, səhnəyə çıxanda çox sevincli olub və bunun təsirindən kövrəlib: “Əvvəlcə məni yetişdirən Gimnastika Federasiyasına, məşqçimiz Marianna Vasilyevnaya, Lalə Məhərrəmovaya, hamıya sağ ol deyirəm. Bizə qarşı hamı diqqətli idi. Lalə xanım çox kömək edirdi. Həm də həyəcan var idi. Çalışırdım, bunu bildirməyim. Çox sevinirdim, kövrəlirdim. Amma özümü saxlayırdım”.

 

Onu da qeyd edək ki, seramoniyada Eleanora ilə birlikdə daha 5 balaca gimnastımız iştirak edib. Onlar Fəridə Səfiyarzadə, Nəzrin Cəfərzadə, Nərminə Səmədova, Məryəm Səfərova və Selcan Hacızadədir. 

 

 

 

 

 

 

 

 

 

# 351
avatar

Oxşar yazılar