Azərbaycanlı aktyorlar Moskvada "Hoqqa" göstərdilər - <span style="color:red;">FOTOLAR
10 may 2017 17:20 (UTC +04:00)

Azərbaycanlı aktyorlar Moskvada "Hoqqa" göstərdilər - FOTOLAR

Moskva şəhərində “Hoqqa” filminin qala gecəsi keçirilib. Lent.az-ın məlumatına görə, qaladan öncə yerli informasiya agentliklərinin iştirakı ilə mətbuat konfransı olub. Konfransdan dərhal sonra filmin yaradıcı heyəti ilə baş rol ifaçıları əməkdar artist Dilarə Əliyeva, aktyor Vüsal Murtuzəliyev, layihə rəhbəri Oqtay Əliyev və filmin ssenari müəllifi, baş prodüser Fariz Əliyevlə tamaşaçılar xatirə şəkilləri çəkdiriblər.

 

Qeyd edək ki, “Hoqqa” filinin Moskvadakı nümayişi Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycan Mədəniyyətinin intibah və inkişaf fondunun dəstəyi ilə keçirilib. Bu film Rusiyada təqdimatı keçirilən ilk Azərbaycan kommersiya filmidir. 

# 443
avatar

Yalçın UĞUR

Oxşar yazılar