Bakıda Müşfiqin yaradıcılığına tədbir həsr olunub - FOTOLAR
01 may 2017 11:05 (UTC +04:00)

Bakıda Müşfiqin yaradıcılığına tədbir həsr olunub - FOTOLAR

 

Aprelin 28-də Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiq yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

 

Lent.az-ın məlumatına görə, tədbir Beynəlxalq Muğam  Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində təşkil olunub. Gecədə universitetin tələbələri və Xalq Çalğı Alətləri ansamblı çıxış edib. Konsertin bədii rəhbəri Zamiq Əliyev olub.

Ansamblın üzvləri: - Aşurov Mustafa – tar (prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı, ADMİU–nun müəllimi), Allahverdiyev İlqar - tar, Abdullazadə Nurlan - fortepiano, Haşımlı Fərrux - kamança,  Eminli Emin- ud, Cabbarlı Fizzə - qanun, Aidə Hicran - qanun, Qasımzadə Zamin – balaban, Cəfərli Hüseyn – nağara, Alparslan Doğukan Yeşilbaş  - zərb alətlərində ifaçıları müşayət etdilər.

 

Tamaşaçılar qarşısına Nuranə Dadaşova çıxaraq şairin “Bu gecə” şerini səsləndirib, daha sonra səhnəyə universitetin tələbələri - Səfərli Məftun, Məmmədov Məlik, Təhməzov Tamerlan, Həmzəyev Həmid, Qədimzadə Kamil, Qaçayev Rəvan, Mirzəyeva Xədicə,  Fətullayev Mehman,  Ağayev Asiman çıxaraq həm şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər, həm də unudulmaz şerlərini səsləndiriblər.

 

Tələbələrin  ifasında Ələkbər Tağıyevin “Qal sənə qurban”,  Hacı Xanməmmədovun “Qurban olduğum”, ”Arzuya bax sevgilim”, Əlibaba Məmmədovun “Yaşa ürəyim”, “Söylə”, Səid Rüstəmovun “Oxu tar”  mahnıları ifa olunub. ADMİU ninIV cü  kurs tələbələri M.Müşfiqin həm də “Yalqız ağac”, “Yağış yağır”, “Yenə o bağ olaydı”  şerlərini səsləndiriblər.

 

Gecə tamaşaçıların gur alqışları ilə başa çatıb.

# 398
avatar

Oxşar yazılar