<b>"Pul qıtlığı yaranıb, ciddi problemdi " - <span style="color:red;">KOMİTƏ SƏDRİ </b>
28 aprel 2017 13:07 (UTC +04:00)

"Pul qıtlığı yaranıb, ciddi problemdi " - KOMİTƏ SƏDRİ

"Pul qıtlığı problemi bizi ciddi narahat edir". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə deyib.
 
Onun sözlərinə görə, pul qıtlığı məsələsi ciddi müzakirə edilməlidir: "Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq".
 
Komitə sədri əlavə edib ki, iqtisadi fəallığı artırmaq üçün tədbirlər görülməlidir.
# 321
avatar

Pərvanə Sabirqızı

Oxşar yazılar