Rusiyada iki azərbaycanlıya ağır cəza: <span style="color:red;">23 il həbs, 1,8 milyonluq təzminat
28 aprel 2017 13:04 (UTC +04:00)

Rusiyada iki azərbaycanlıya ağır cəza: 23 il həbs, 1,8 milyonluq təzminat

Rusiyanın Vladimir vilayətinin Aleksandrovsk şəhər məhkəməsi Azərbaycan vətəndaşları barədə hökm çıxarıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onlar quldurluqda və adam oğurluğunda ittiham olunurlar.

 

Məlumata görə, 21 yaşlı Şahid Quliyev və 27 yaşlı Toğrul Dadaşlı Aleksandrovsk şəhər sakinini oğurlayaraq onu qarət ediblər. Bundan sonra onu öz maşınında şəhərdən çıxarıblar. Orada isə vəhşicəsinə döyərək kənara atıblar.

Məhkəmə istintaqı zamanı onlar törətdiyi əməli etiraf ediblər.  Nəticədə məhkəmə Dadaşlını 10, Quliyevi 13 il müddətinə azadlıdan məhrum edib.

# 202
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar