Baş katiblik uğrunda 4 müsəlman mübarizə aparacaq - UNESCO-da
17 mart 2017 10:32 (UTC +04:00)

Baş katiblik uğrunda 4 müsəlman mübarizə aparacaq - UNESCO-da

UNESCO-nun baş katibi vəzifəsinə 9 namizədin adları elan edilib.
 
APA-nın “islam-today.ru” saytına istinadən verdiyi xəbərə görə, namizədlərdən 4-ü müsəlmandır.
 
Namizədlər aşağıdakılardır: Polad Bülbüloğlu (Azərbaycan), Hamad bin Abduləziz əl-Kayari (Qatar), Salih əl-Hasnaui (İraq), Muşira Xəttab (Misir), Vera əl-Huri Lakyöy (Livan), Fam Suan Şon (Vyetnam), Xuan Alfonso Fuentes Sori (Qvatemala) və Odri Azulay (Fransa).  
 
Yeni baş katib payızda seçiləcək.
 
Hazırda BMT-nin Mədəniyyət, təhsil və elm məsələləri üzrə xüsusiləşmiş təşkilatı olan UNESCO-nun baş katibi bolqarıstanlı İrina Bokovadır. İcra Şurasının sədri vəzifəsini isə misirli Muhammed Samih Amr tutur. 
# 861
avatar

APA Baycan

Oxşar yazılar