Xalq şairi oğlunun ölümündən danışdı: "Belimi bükdü"
13 mart 2017 18:51 (UTC +04:00)

Xalq şairi oğlunun ölümündən danışdı: "Belimi bükdü"

Xalq şairi Fikrət Qoca dünyasını dəyişən oğlunun itkisinə dözə bilmədiyini deyib.

 

Lent.az Yeniçağ.az-a istinadən xəbər verir ki, xalq şairi göz yaşlarına hakim ola bilməyib: “Yalçının məni yarıyolda qoyub gedəcəyini ağlıma da gətirməzdim. Deyəndə ki, Yalçın yolda yıxılıb, xəstəxanaya aparırlar, dünya başıma fırlandı. Oğul itkisi belimi bükdü”.

 

Şair oğlu ilə son görüşünü də xatırlayıb: “Elə bil ürəyinə damıbmış. Ölümündən əvvəl mənə zəng eləmişdi, hal-əhval tutduq, ordan-burdan danışdıq. Həmişə deyirdi ki, ata, dərmanlarını vaxtlı-vaxtında qəbul et, çox narahat idi mənə görə. Bu dəhşətli itkinin ağırlığını özümlə o dünyaya aparacağam. Yalçını hamı çox istəyirdi… Yaram təzədir, onun haqqında danışmaq mənə çox ağırdır…”

 

Qeyd edək ki, Fikrət Qocanın iki qızı, bir oğlu vardı. Şair-tərcüməçi Yalçın Qoca dünən 52 yaşında dünyasını dəyişib.

# 290
avatar

Oxşar yazılar