<b><span style="color:red;">Faiq Ağayev:  "Təsəvvür edirəm ki, o xanım özünü necə hiss edəcək"</b>
09 mart 2017 15:31 (UTC +04:00)

Faiq Ağayev: "Təsəvvür edirəm ki, o xanım özünü necə hiss edəcək"

8 Mart beynəlxalq qadınlar günü məşhurların kimə, nə hədiyyə aldıqları maraq doğurur. Görəsən, müğənnilər, teleaparıcılar xanımları 8 mart günü necə sevindiriblər?

 

Tanınmış teleaparıcı Samir Əliyev tanımadığı xanımlara hədiyyə almır. Bayramda əsasən, ailə üzvlərini sevindirir. Amma bunun üçün məhz 8 martı da gözləmir.

 

“İlk növbədə onu deyim ki, mən 8 martda heç kimə hədiyyə almıram. Hamı deyəcək ki, 7-ci yatıb, 9-u durur. Yox. Mən hədiyyələri həmişə ya bayramdan bir neçə gün öncə, ya da bir neçə gün sonra alıram. Heç kimin gözləmədiyi günlərdə nə isə eləmək daha maraqlıdır. Qadın üçün ən gözəl hədiyyə gül deyil. Mən nəyin tərəfdarıyam? İnsanın xoşuna gələn, sonradan istifadə edə biləcəyi bir şey olsun".

 

Dediyinə görə, ətrafındakı qadınlar onun zövqünə güvənirlər.

 

“Artıq şəhərdəki qadın mağazalarında məni görəndə təəccüblənmirlər. Çünki bilirlər ki, evdəkilər üçün gəlmişəm. Mənim zövqümə güvənirlər. Deyirlər ki, “sən nə alırsansa, yaxşı olur. Həm də ki, mən alanda gücüm çatandan istəyirəm ki, ən yaxşısı olsun. Hər şey də alıram. Mənim üçün problem deyil. Çox adam alır, əslində, amma deyirlər ki, “yox, nə danışırsan?! Alıram. Niyə yalan deyim?”.

 

 

Teleaparıcı Saleh Bağırovin 8 martda hədiyyə almaq üçün öz qaydaları var:“Mənim bir qaydam var. Həmişə bayramdan əvvəl soruşuram, nə hədiyyə istəyirsiniz? Onsuz da nə isə alacam. Mən də ona uyğun, təbii ki, əgər maddiyyat imkan verirsə,  o zaman çalışıram ki, onların bu istəklərini reallaşdırım, həyata keçirim. Məncə, insana istədiyi bir şeyi hədiyyə etməkdən gözəl hədiyyə ola bilməz”.

 

Bəs xanımlar Saleh bəydən adətən, nə istəyirlər?

 

“Qadınlar nə istəyirlər? Ənənəvi olaraq, parfümlar, ev üçün lazım olan dekor, sevdikləri məkana dəvət. Gül dəstələri ola bilər, yəni istəklər cürbəcürdür. Bəzən adamı təəccübləndirirlər. Xırda bir şeydir. Düşünürsən ki, bu hədiyyə ola bilərmi? Amma bu hədiyyədirsə, deyirsən ki, canınız sağ olsun, lap yaxşı. Qadın üçün ən gözəl hədiyyə kişi xeylağının onlara son dərəcə incə, həssas, xoş rəftarıdır. Bunun müqabilində ağıllı qadın kişiyə dünyanı verər. Qədrini bilək yanımızdakı qadınların. Onlar anamızdır, bacımızdır, həyat yoldaşımızdır, qızlarımızdır. Bir xanım nə qədər status daşıya bilər?! Onları qorumaq lazımdır”.

 

Xalq artisti Faiq Ağayev bu bayramda xanımları yeni mahnısı ilə sevindirib. 

 

“Mənim əzəli sevgimnə böyük məhəbbətim anamdır. Təbii ki, anamı təbrik etdim. Ətrafımdakı xanımları da təbrik etdim. Bütün xanımlarımıza yeni mahnımı təqdim etdim. Bundan əvvəlki mahnımın müəllifi Rabil Səfərli mənim üçün mahnı yazdı – adı “Nə məsələdir?” Artıq radioda səslənir. Ən asan yol güldür. Ondan bir az çətin parfümdür. Bu, maliyyətə bağlı məsələ deyil. Yetər ki, diqqət yetirəsən. Qadının obrazını canlandırıram və təsəvvür edirəm ki, bu qoxu o xanımın üzərindən yayılarkən o xanım özünü necə hiss edəcək? Elə xanımlar var ki, şirindir, elə xanımlar var ki, tünddür”. Məhəbbət, qayğı və etibarlılıq. Ən böyük hədiyyə budur”. 

# 404
avatar

APA TV

Oxşar yazılar