[b]Rusiyalı nazirin gözü qarşısında Azərbaycana hörmətsizlik[/b]: "DQR" bayrağı qaldırıldı
24 fevral 2017 16:02 (UTC +04:00)

[b]Rusiyalı nazirin gözü qarşısında Azərbaycana hörmətsizlik[/b]: "DQR" bayrağı qaldırıldı

Moskva vilayətinin Ximki rayonunda əlbəyaxa döyüş üzrə “Fight Nights Globala MMA” turnirində qondarma “DQR”in bayrağı qaldırılıb. Bu barədə Lent.az-a Azərbaycan Slavyan Gənclər Təşkilatının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili məlumat verib.

Məlumata görə, turnir çərçivəsində həmyerlimiz Elnar İbrahimov və Rusiya təmsilçisi Vartan Asataryanla üz-üzə gəlib. Xal hesabıyla Elnara qalib gələn Asataryan döyüş bitən kimi Rusiya bayrağını yox, qondarma respublikanın bayrağını qaldırıb.

“Bütün bunlar isə Moskva vilayəti bədən tərbiyəsi və idman naziri Roman Teryuşkovun gözləri qarşısında baş verib. Biz ümid edirik ki, Rusiya hökuməti Rusiya və Azərbaycana qarşı baş verən bu təxribatı araşdıracaq və günahkarlar cəzalandırılacaq”, deyə Toğrul bəy bildirib.

 

# 148
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar