Musiqili Teatr beynəlxalq festivala dəvət alıb
16 fevral 2017 11:21 (UTC +04:00)

Musiqili Teatr beynəlxalq festivala dəvət alıb

 

 

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq festivala dəvət olunub.

 

Lent.az-ın məlumatına görə, yaradıcı heyət Türkiyədə təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalında qatılacaq. Festival 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq.

 

Bildirək ki, festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub. 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalında Almaniya, Ukrayna, Yunanıstan, Rusiya, İran, Gürcüstan, Fransa, Moldova, Çin Xalq Respublikası, Sloveniya, Makedoniya, Serbiya və s. kimi ölkələr də iştirak edəcək. Xalqlar, millətlər, dövlətlər arasında sülh, dostluq və qardaşlığın təbliği məqsədilə keçirilən festival çox rəngarəng və zəngin proqrama malikdir.

 

Festival çərçivəsində müxtəlif tədbirlər – həmrəyliyin nümayişi olan iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil olunur.

# 292
avatar

Oxşar yazılar