<b> “O səs Ukrayna”da məşhurlaşan azərbaycanlı çilingər - <span style="color:red;">REPORTAJ </b>
15 fevral 2017 18:23 (UTC +04:00)

“O səs Ukrayna”da məşhurlaşan azərbaycanlı çilingər - REPORTAJ

4-5 ay əvvələ qədər onu yalnız doğulduğu yerdə, Gəncədə tanıyırdılar. Ancaq bu gün o, nəinki Gəncədə, Azərbaycanda, digər ölkələrdə də tanınır. Söhbət bir neçə gündür haqqında çox danışılan Cavid Məmmədovdan gedir.
 
Cavidin 24 yaşı var. Gəncədə Fikrət Əmirov adına 1 nömrəli musiqi məktəbinin fortepiano sinfini bitirib. Musiqi zövqünün formalaşmasında valideynlərinin rolu böyükdür. Evdə daima korifey sənətkarların ifaları səslənib: “Uşaqlıqdan oxuyurdum. Mahnılarımız var idi. Dostlarla konsertlər təşkil edirdik. Bir gün uzaqlaşdım. Ancaq pul qazanmaq barədə düşünməyə başladım”.
 
Cavid qazanc məqsədilə Gəncə Lokomotiv Deposunda çilingər kimi çalışmağa başlayır. Paralel olaraq həm şeir yazır, həm də mahnı bəstələyir. Lakin təəssüf ki, nəğmələrini ev şəraitində lentə alır: “Depoda çilingər işləyə-işləyə Gəncədə restoranda işə düzəldim. Qısa müddətdə publika yığa bildim. Həm pianoçu idim, həm də oxuyurdum. Bakıdan təsadüfən Konservatoriyadan müəllimlər gələndə sorğu-sual edirlər ki, vokalı bitirmişəm ya yox? Orada işləyə-işləyə özümü dağa-daşa vururdum. Amma əlimi nəyə atırdım alınmırdı, açığı. Parfüm istəyirdim satım, ofisiant da işləmişəm. Dostlarımla gedib evlərdə kömək edirdim təmir işi ilə bağlı. Fikirləşmirdim ki, sənət qurum”.
 
Cavidin tanınması şans məsələsidir. Belə ki, çalışdığı restoranda ifasını eşidən Elnur adlı şəxs onun səs yazısını “O səs Ukrayna” yarışmasına göndərir. Beləcə, şöhrətə gedən yolun ilk addımı atılmış olur: “Qolos Ukraina"dan keçmək mənim üçün həmişə çətin olub. Elə ölkələr var ki, ya tez dönürlər, ya da dördü də dönür. Amma bu yarışma nüfuzca daha yüksəkdir mənim üçün. Qorxdum əvvəlcə. Dedim, mən ora gedə bilmərəm. Mahnı bir az sadə mahnı idi. Qorxurdum ki, mahnıya heç kim dönməz. Amma başa saldılar ki, sən Qafqazdansan, mahnının dolğunluğu, ifa tərzin fərqlidir. Sənin tembrin düşür. Məhz buna görə səni kastinqdən keçirmişik”.
 
O, aparıcı İdris Cəfərova və şairə Zəhra Bədəlbəyliyə dəstəyə görə ayrıca təşəkkür edib. Çünki Zəhra Cavidə Bakıdakı restoranların birində iş təklif edib. Öz ərizəsi ilə Gəncə Lokomotiv Deposunda çilingər işindən ayrılan Cavid indi həmin məkanda çalışır. Paralel olaraq II tura hazırlaşır. İnanırıq ki, Cavid Məmmədov bu mərhələni də uğurla keçəcək.

# 326
avatar

APA TV

Oxşar yazılar