[b]Alim Qasımov ingilis tamaşaçılara qəzəl söylətdi - <span style="color:red;">VİDEO [/b]
08 fevral 2017 12:34 (UTC +04:00)

[b]Alim Qasımov ingilis tamaşaçılara qəzəl söylətdi - VİDEO[/b]

Tez-tez xarici ölkələrə yollansalar da, budəfəki səfər bir qədər uzun çəkib. Özlərinin də dediyi kimi, yaradıcılıqlarının ən uzun səfərindən qayıdıblar. Söhbət xalq artisti Alim Qasımov və onun qızı, əməkdar artist Fərqanə Qasımovadan gedir.

 

Sənətkarlar ABŞ və Avstraliya daxil olmaqla 1 aylıq xarici turnedən qayıdıblar. Onlar ABŞ və Avstraliyada Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərini təqdim ediblər.

 

Alim Qasımov deyir ki, əsər Mark Morris rəqs qrupunun quruluşu və “İpək Yolu” ansamblının aranjemanı əsasında təqdim olunub. Rəqslərdə Mark Morris Azərbaycan rəqsləri və mərasimlərindən istifadə edib: “Tamaşanı oturaq şəkildə ifa edirik. 45-50 dəqiqə musiqi gedən müddətdə bunlar səhnədə obrazlaşdırılırlar. Yeni fərqli və yorucu olmayan bir tamaşa qurulub. Bu işlərin çox xeyri oldu muğamı hiss etmək üçün. Bir az onun tamaşaçısını artırdı”.

 

Əməkdar artist Fərqanə Qasımova da səfərdən razı qayıdıb: “Hər şey müasirləşir. Rəqslər də müasirləşir. İfalar da müasirləşir. Amerika kimi yerdə müasir tipdə bunu yayımlamaq həyat tərzinə uyğun gəldi. Bizim ifamız əsasında rəqsləri 1 il ərzində nizamlaşmışdılar. Ona görə hətta zəngulələri belə əzbərləmişdilər”. 

 

Əsərin daha yaxşı anlaşılması üçün sözlər ingilis dilinə tərcümə edilib və titrlərlə təqdim olunub.

 

Sənətçilərimiz turne çərçivəsində ustad dərsləri də keçiblər. İştirakçılar onlar kimi xalça üzərində əyləşib, hətta qəzəllərimizi ingilis dilində deməyi öyrəniblər.

 

Qasımovlar oktyabr ayında yenidən ABŞ-a gedəcəklər.

# 361
avatar

APA TV

Oxşar yazılar