Tofiq Quliyev və Cövdət Hacıyevin 100 illik yubileyi qeyd olunacaq
07 fevral 2017 18:20 (UTC +04:00)

Tofiq Quliyev və Cövdət Hacıyevin 100 illik yubileyi qeyd olunacaq

 

Prezident İlham Əliyev görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən,  Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

 

 

Dövlət başçısının digər sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

# 326
avatar

Oxşar yazılar