<b>"Dəyanət Rzayev problemin qarşısında aciz qaldı" - <span style="color:red;">Baş psixoloq </b>
26 yanvar 2017 12:33 (UTC +04:00)

"Dəyanət Rzayev problemin qarşısında aciz qaldı" - Baş psixoloq

"Kim psixiatırdırsa, o demək deyil ki, heç vaxt psixi xəstəliyə tutulmayacaq. Həyat göstərir ki, insanların 1%-ində şizofraniya xəstəliyi var. Psixiatrların da 1%-i eyni xəstəlikdən əziyyət çəkir".

 

Bu sözləri psixoloq Dəyanət Rzayevin intihar etməsi ilə bağlı Respublikanın baş psixoloqu, professor, Azərbaycan Psixoatriya Assosasiyasının prezidenti  Nadir İsmayılov Lent.az-a açıqlamasında söyləyib.

 

Ölkədə kifayət qədər səs-küyə səbəb olan bu intihar hadisəsini professor sıradan qarşılayır:  

 

"Axı niyə ajitoj yaradırlar, başa düşmürəm. Psixoloq da bir insandır. İnsanın da depressiya düşmək ehtimalları var. Depressiya həddi ciddiləşəndə insanda intihara meyliliyik daha da artır. Bu, artıq günümüzün ciddi bir xəstəliyidir. Belə xəstələri vaxtında müalicə etsələr, intihardan uzaqlaşdırmaq olar. Onları yalnız özləri könüllü müraciət etsələr, müalicə etmək olur. Elə adam var ki, onda aylarla depressiya davam etsə də heç həkimə müraciət etmir. Həmin adamı məcburi şəkildə xəstəxanaya aparmaq qaydası isə Azərbaycanda yoxdur. Yəqin ki, Dəyanət bəy də son zamanlar depressiya keçirirmiş, nəsə həyatı problemi olub. O, problemin həlli qarşısında aciz qalıb".


Nadir İsmayılovdan eyni zamanda soruşduq ki, insanları depressiyadan elə psixoloqlar çıxardır, bəs onlar bu vəziyyətdən niyə çıxa bilməsinlər? Baş psixoloq qeyd edir ki, bu yanaşmanın özü doğru deyil:

 

"Kim psixiatırdırsa, psixoloqdursa o demək deyil ki, ömründə heç vaxt psixi xəstəliyə tutulmayacaq.  Həyat, apaılan araşdırmalar göstərir ki, insanların 1%-i şizofraniya xəstəliyinə tutulur. O cümlədən psixiatr həkimlərin də 1%-i bu xəstəlikdən əziyyət çəkir. Fikir verirsiniz, eyni rəqəmlər ortaya çıxır. Yəni, insan-insandır da. İndi nə olsun ki, bu psixoloqdur? Psixoloqda depressiya ola bilməz? Bir də ki, bu prosesi hələ dəqiq bilmirik axı, nədən və niyə intihar edib".

 

Həmsöhbətimiz son dövrlər Azərbaycanda baş verən intiharlarla bağlı da fikir bildirib. Onun sözlərinə görə, bunun səbəbləri əsasən sosial, ailə-məişət münaqişələri olur: "Problemlərə hər adam davam gətirə bilmir. Hamıda öz həyatını tənzimləmək bacarığı yoxdur. Elə buna görə də intiharlar artır. Xarici ölkələrdə bu artım illərdir ki, var. Müasirlik, bunu bizə də gətirib çıxardıb. İntiharla bağlı Avropada olan böyük rəqəmlər bizə də yaxınlaşır".

 

 

İndi əsas suallardan biri də budur ki, bu hadisə Azərbaycanda psixoloqların nüfuzuna təsir edəcəkmi? N.İsmayılov isə deyir ki, yalnız nadan adamlar bu cür düşünə bilər:

 

"Biz düşünməliyik ki, psixoloq da insandır, onun da hisləri var. Yəqin ki, bu güclü stressə məruz qalıb. İradəsi güclü olsaydı, o hadisəni etməməli idi".

 

Baş psixoloq onu da bildirdi ki, indiyə kimi, ölkədə çox yüksək vəzifəlilərin intihar etməsi xəbərini eşidib, lakin psixoloqun intihar etməsi ilə bağlı faktla ilk dəfə rastlaşır. 

# 523
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar