<b>Rüstəm Behrudi əməliyyat olunub</b>
19 yanvar 2017 18:03 (UTC +04:00)

Rüstəm Behrudi əməliyyat olunub

Tanınmış şair əməliyyat olunub.

 

Lent.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müasir Azərbaycan şairi Rüstəm Behrudi Ankarada, Qazi Universiteti Tibb Fakültəsinin Beyin Cərrahiyyəsi şöbəsində əməliyyat olunub. O, şəxsi feysbuk səhifəsində əməliyyatdan sonrakı ilk fotosunu paylaşıb.  

 

 

Qeyd edək ki, tanınmış şair Rüstəm Behrudi ötən il də Türkiyənin Avrasiya klinikasında ürəyindən əməliyyat olunmuşdu.  O, uzun illərdir ürək-damar xəstəliyindən əziyyət çəkir.

 

# 329
avatar

Oxşar yazılar