<b>Əməkdar artist Azərbaycandan getmək istəyir:<span style="color:red;"> "Bezmişəm, qaçacam"</b>
11 yanvar 2017 17:37 (UTC +04:00)

Əməkdar artist Azərbaycandan getmək istəyir: "Bezmişəm, qaçacam"

Əməkdar artisti Nicat Kazımov Azərbaycandan getmək niyyətindədir. Lent.az-ın məlumatına görə, bu barədə aktyor sosial şəbəkədəki səhifəsində yazıb:

 

"Dözmüşəm. Sənətdə olduğum 26 ildə çox şeyə dözmüşəm! Amma artıq bezmişəm. Riyakarlardan, ağa qara deyənlərdən, özünü hər kəsdən ağıllı sayan kütlərdən, sənətdə kar olan "sənətkarlardan", işi-gücü intriqa olan nadürüstlərdən, kimi isə yetişdirib, sonra itirməkdən, sıfırdan başlamaqdan, arxamca hürən tulalardan bezmişəm. Belə getsə, qaçacam, mütləq qaçacam!"

# 343
avatar

Yalçın UĞUR

Oxşar yazılar