Məşhur yazıçı vəfat etdi
03 yanvar 2017 11:37 (UTC +04:00)

Məşhur yazıçı vəfat etdi

Məşhur ingilis yazıçı Con Berqer 90 yaşında dünyasını dəyişib.

 

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, yazıçı həyatının son illərini Parisdə keçirib.

 

Con karyerasına rəssam olaraq başlayıb. 1940-cı illərin sonlarında Londonda bir çox sərgiyə qatılıb. 1948-1955-ci illəri arasında incəsənət tənqidçisi olub və rəsm dərsləri verib.

 

Sonradan Burger filmlər üçün ssenarilər yazıb. Roman yazmaqla da məşhurlaşan yazıçının "G" adlı romanı 1972-ci ildə Buker mükafatını qazanıb.

 

C.Burgerin ən məşhur kitabları:

 

"Şanslı adam" (A Fortunate Man)

"İncəsənət və inqilab" (Art and Revolution)

"Görmə tərzləri" (Ways of Seeing)

"Yeddinci adam" (A Seventh Man)

"Pikassonun uğuru və uğursuzluğu" (The Success and Failure of Picasso)

"Və Üzlərimiz, Ürəyimiz, Şəkillər qədər qısa" (And Our Faces, My Heart, Brief as Photos)

"Fotokopiyalar" (Photocopies)

"Toya" (To the Wedding)

"Kral" (King)

# 294
avatar

Oxşar yazılar