"Əgər aşıq Telli burdadırsa..." - <span style="color:red;">Yeni müsabiqənin layihə rəhbəri
30 dekabr 2016 14:23 (UTC +04:00)

"Əgər aşıq Telli burdadırsa..." - Yeni müsabiqənin layihə rəhbəri

Azərbaycanda “Köklə sazı” adlı aşıq müsabiqəsinə start verilib. Lent.az-ın məlumatına görə, “Lider” televiziyasında yayımlanacaq verilişin rəhbəri Aşıq Namiq Fərhadoğludur. Aşıq bildirib ki, aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi yarışmanın münsif kürsüsündə  özüylə yanaşı tanınmış aşıqlar Aşıq Fərhad Hüseynov, Aşıq Zülfiyyə, Aşıq Telli Borçalı, Aşıq Dəmir Gədəbəyli əyləşib. Müsabiqə rəqqasların milli rəqsi ilə başlayıb. Daha sonra layihə rəhbəri N. Fərhadoğlu təəssüratlarını bölüşüb: ““Köklə sazı” layihəsinin ölkəyə səs salacağını bilirəm. Əgər aşıq Telli burdadırsa, layihə maraqlı olacaq. “Lider” telekanalının rəhbərliyi başda olmaqla Lamiyə Ələkbərovaya və telekanalın bütün əməkdaşlarına təşəkkür edirəm. 16 iştirakçının hər birinə uğurlar arzulayıram. Bilirsiniz ki, mən sponsorsuz, öz hesabıma bu layihəni həyata keçirirəm. Amalım aşıq sənətini inkişaf etdirmək, gəncləri bu sənətə cəlb etməkdir”.

 

Yarışmanın münsifi Aşıq Zülfiyyə qeyd edib ki, onu sevindirən iştirakçıların saza müraciət etməsidir: “Məni sevindirən hal odur ki, müsabiqəyə bütün bölgələrdən aşıqlar gəlib. Mən eşitməmişdim ki, Zərdabdan, Saatlıdan aşıq çıxıb. Hər birinə uğurlar arzulayıram”.

# 339
avatar

Yalçın UĞUR

Oxşar yazılar