Saxta sənəd düzəldən azərbaycanlı diaspora sədrinə 5 il cəza
29 dekabr 2016 10:30 (UTC +04:00)

Saxta sənəd düzəldən azərbaycanlı diaspora sədrinə 5 il cəza

Rusiyanın Tümen şəhərində fəaliyyət göstərən “Dostluq-Drujba” təşkilatının sədri Cəmşid Fətullayev məhkum olunub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, saxta sənəd hazırlamaqda ittiham edilib.

Məhkəmə istintaqı zamanı sübuta yetirilib ki, diaspor sədri saxta möhür əldə edərək onlarla vətəndaşa nikah haqla şəhadətnamə, miqrasiya sənədləri düzəldirmiş.

Fətullayev barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin “qeyri-qanuni miqrasiyanın təşkili” maddəsiylə cinayət işi qaldırılıb. Tümen vilayəti Kalininsk şəhər məhkəməsi Fətullayev barəsində 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası çıxarıb.

 

# 191
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar