Neftçilərdən birinin meyiti sahilə gətirildi
15 dekabr 2016 20:08 (UTC +04:00)

Neftçilərdən birinin meyiti sahilə gətirildi

Xəzərdə baş verən qəzada həlak olan neftçi İlham Qafarovun meyiti bu dəqiqələrdə Qaradağ rayonundakı sahil limanına gətirilib.  

 

Bu barədə Lent.az-ın hadisə yerində olan əməkdaşına mərhumun qardaşı Davud Qafarov məlumat verib. Meyit sahilə gəmi ilə gətirilib.

 

Qeyd edək ki, mərhumun qardaşı Davud Qafarov hadisə baş verən an N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus başqa buruqda çalışırmış.  

 

İ.Qafarovun meyiti bir qədər sonra ailə üzvlərinə təhvil veriləcək.

 

1958 il təvəllüdlü Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Qafarov ailəli idi, onun 3 övladı var.  

 

Qeyd edək ki,  bu gün səhər saatlarında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb. İtkin düşənlərdən İlham Qafarovun meyiti dənizdə tapılaraq, sudan çıxarılıb.   

# 209
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar