Azərbaycan diasporu Şeyxdən kömək istədi:[b] “Talqat-Həzrətə deyin ki...”[/b]
12 dekabr 2016 13:20 (UTC +04:00)

Azərbaycan diasporu Şeyxdən kömək istədi:[b] “Talqat-Həzrətə deyin ki...”[/b]

Ümumrusiya Azərbaycanlıları Konqresi Ural Dairə Şurasının sədri, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Şahin Şıxlinski Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Sverdlovsk vilayətində yaşayan müsəlmanlar Yekaterinburq şəhərində məscid tikintisi zamanı yeni maneə ilə üzləşiblər. Söhbət ondan gedir ki, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin dəstəyi ilə yeni məscid, sinaqoq, pravoslav kilsələri tikilir və inancıl insanların ibadəti üçün bütün şərait yaradılır. Hazırda Yekaterinburq şəhərində yeni məscidin tikintisi üçün torpaq sahəsi ayrılıb, yerli Azərbaycan icmasının təşkilatı olan “Azərbaycan” ictimai təşkilatının adına sənədləşdirilib. Məscidin eskiz layihəsi, mühəndis-texniki şərtləri də razılaşdırılıb.

Azərbaycan icmasının rəhbəri məscidin tikintisinə başlanılması üçün Şeyxdən öz nüfuzundan istifadə edərək Rusiya Müsəlmanlarının baş müftisi Talqat-Həzrət Tacuddinin qarşısında bu məsələni qaldırılmasını xahiş edib. “Biz ümid edirik ki, tezliklə yeni məscid şəhərimizi daha da gözəlləşdirəcək”, deyə bildirilir.

# 233
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar