"Harada ölsəm, orada da basdırın" - <span style="color:red;">HEYDƏR CAMALIN DƏFNİNDƏN FOTOLAR
06 dekabr 2016 12:33 (UTC +04:00)

"Harada ölsəm, orada da basdırın" - HEYDƏR CAMALIN DƏFNİNDƏN FOTOLAR

Bir qədər əvvəl Heydər Camal Almaatı şəhərindəki Baqanaşil qəbiristanlığında dəfn edilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, dəfndə filosofun xanımı, oğlu və gəliniylə bərabər Moskvadan gəlmiş ziyalılar, yerli teoloqlar və din xadimləri iştirak edib.

Məlumata görə, Heydər Camal vəsiyyətində bildiribmiş ki, harada vəfat etsə, onu orada da dəfn etsinlər.

Heydər Camalın cənazə namazına Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin müftisi şəxsən qatılıb.

***

“O, uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Son günlər isə lap taqətdən düşmüşdü. Rəngi ağarmışdı. Çəliksiz hərəkət edə bilmirdi”. Lent.az-ın məlumatına görə, bu barədə dünən vəfat etmiş azərbaycanlı filosof və teoloq Heydər Camalın ən yaxın dostlarından biri olan Maksim Şevçenko bildirib.

Başqa bir dostu isə Qazaxıstan telekanallarında birinə filosofun ağır xərçəng xəstəsi olduğunu bildirib.Məlumata görə, Heydər Camal bir qədər sonra Qazaxıstanın paytaxtı Almatıda dəfn ediləcək.

 

# 135
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar