<span style="color:red;">Əliməmməd Nuriyev:  "Azadlığa buraxılan başqa Nailə Quliyevadır"
16 iyun 2016 11:22 (UTC +04:00)

Əliməmməd Nuriyev: "Azadlığa buraxılan başqa Nailə Quliyevadır"

Keçmiş polis zabiti Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Lent.az-a Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. 

 

"Dünən doğurdan da Nailə Quliyeva adlı bir xanım məhkum amnistiya aktına əsasən azadlığa buraxılıb. Lakin o, Hacı Məmmədovun həyat yoldaşı deyil. Bu xəbərlər yayıldıqdan sonra məlumatı bir daha dəqiqləşdirdik".

 

Ə.Nuriyev qeyd etdi ki, N.Quliyevanın ittiham olduğu cinayət ağır hesab edildiyindən, bu cür maddələrə  amnistiya tətbiq olunmur: "Yəni bu, qanunla mümkün deyil. Onun hələ azadlığa buraxılmasına 2 il var".

 

Qeyd edək ki, N.Quliyeva Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını 4 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

 

 

***

 

Amnistiya aktının icrası ilə bağlı bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan 3 qadından biri uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevadır. Lent.az gununsesi.info saytına istinadən xəbər verir ki, Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva da amnistiya aktına düşənlər sırasında olduğu üçün azad edilib.

Amnistiya aktının şamil olunduğu qadın məhkumlardan üçü bu gün azadlığa buraxılıb.

 

Bağışlanma aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.

 

Qeyd edək ki, Nailə Quliyeva 2005-ci ilin martında MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır.

# 328
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar