Keçmiş səfir: "Almaniya qondarma “soyqırımı” qanununu qəbul etsə..." - MÜSAHİBƏ
31 may 2016 17:01 (UTC +04:00)

Keçmiş səfir: "Almaniya qondarma “soyqırımı” qanununu qəbul etsə..." - MÜSAHİBƏ

 

Türkiyə Cümhuriyyətinin Almaniya Federativ Respublikasındakı keçmiş səfiri, Türkiyə Xarici İşlər Nazirliyi İcra Aparatının sabiq rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş millət vəkili Onur Öymənin APA-ya müsahibəsi

 

- İyunun 2-də Almaniya Bundestaqının qondarma “erməni soyqırımı”nı tanıması barədə qərar qəbul etməsi gözlənilir. Almaniyanı yaxşı tanıyan diplomat və siyasətçi kimi bunun nə məqsədlə edildiyini deyə bilərsinizmi?

 

- Almaniya ciddi səhv edir, qərar qəbul olunsa, Türkiyə-Almaniya münasibətlərinə ciddi zərbə dəyəcək. Ermənilər türklərə qarşı törətdikləri cinayətlərin üstünü örtmək üçün hər yerdə Türklərin 100 il əvvəl onları “soyqırımına” məruz qaldığını deyirlər. Bu təbliğat tamamilə səhvdir, eyni zamanda ermənilər türklərə yapdıqları soyqırımı gizləyirlər. Birinci Dünya Müharibəsi vaxtında Osmanlı ordusu müxtəlif qüvvələrə qarşı mübarizə apararkən bundan istifadə edən erməni quldur dəstələri  ölkəmizin Şərq və Cənubi-Şərq bölgələrində 519 min Türkü soyqırımına məruz qoyub. 24 il qabaq isə Azərbaycanın, Türk yurdu olan Qarabağın Xocalı qəsəbəsində kameraların qeydə aldığı soyqırımı həyata keçiriblər. Erməni təbliğatçıları bunun üstünü örtmək və gündəmdən çıxarmaq üçün Türkiyəyə qarşı təbliğat aparırlar. Almaniyanın buna inanaraq, Bundestaqa “erməni soyqırımı” qanun layihəsi gətirməsi təəssüf doğurur. Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı qəbul etdiyi və şikayət edilə bilinməyəcək qəti qərarı var, Almaniya bunu necə görməyə, nəzərə almaya bilər? Biz Avropanın dərsliklərindən “erməni soyqırımı”na dair bölümlərin çıxarılmasını təklif edərkən, Almaniyanın qondarma “erməni soyqırımı” qərarı qəbul etməsinin bizim üçün heç bir dəyəri olmayacaq və təkrar edirəm ki, bunun cavabını lazımi şəkildə alacaqlar.

 

- İstər, Fransa Konstitusiya Şurasının istərsə də, AİHM-in qərar qəbul etdiyi bir vaxtda Avropadakı bütün Türk qurumlarının güclərini bu sahədə birləşdirdiyini görmüşdük. Almaniyadakı cəhdə qarşı ilk addım keçən həftənin şənbə günü Tələt Paşa Komitəsinin Bundestaqın qabağında keçirdiyi aksiya ilə atıldı. Bundan sonra proseslər necə inkişaf edəcək?

 

- Keçən dəfə olduğu kimi, bu dəfə proseslər daha da şaxələnəcək və gücümüzü Almaniyaya göstərəcəyik.

 

- Türkiyə hökuməti və Millət Məclisi bu prosesdə nələri etməlidir?

 

- Türk hökuməti və məclisi yox, türk xalqı və milləti. Nələr edəcəyimizi hamı görəcək.

 

- Siyasi dünyagörüşündən asılı olmayaraq, bu dəfə də Türk toplumunun və Avropadakı Türk QHT-nin öz qüvvələrini birləşdirəcəklərinə inamınız tamdırmı?

 

- Bu, türk millətinin şərəf və heysiyyətiylə bağlı olan məsələdir. Türk milləti canından keçər, şərəf və heysiyyətini başqalarının ayaqları altına almaz. Almaniya Bundestaqına və qondarma “erməni soyqırımı”na dair qərar qəbul etməyə həvəslənən bütün parlamentlərə bunu bir daha xatırlatmağı lazım bilirəm.

 

# 184
avatar

Mais Əlizadə

Oxşar yazılar