Hacı İbrahimdən Azərbaycan ordusuna<span style="color:red;"> JEST
04 aprel 2016 18:08 (UTC +04:00)

Hacı İbrahimdən Azərbaycan ordusuna JEST

 

“Avesta” Konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli Silahlı Qüvvələrə Yardım Fonduna əlli min manat məbləğində vəsait köçürüb. Hacı İbrahim  Lent.az-a bildirib ki, bu çətin günlərdə Azərbaycan xalqının hər bir nümayəndəsi Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. "Hesab edirəm ki, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni etməlidir. Bu, bizim hər birimizin vətəndaşlıq borcumuzdur".

 

İş adamı zərurət yarandığı təqdirdə bundan sonra da Azərbaycan ordusuna yardım edəcəyini diqqətə çatdırıb. "Hesab edirəm ki, bu təşəbbüsə bütün iş adamlarımız qoşula bilər. Hər kəs bacardığını, əlindən gələni etməlidir. İş adamlarımızı bu təşəbbüsə qoşulmağa çağırıram. İnşallah tezliklə işğal olunan torpaqlarımız cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində işğaldan tamamilə azad olunacaq. O, torpaqlarda biz iş adamarı xalqımızın, dövlətimizin və cənab Prezidentimizin dəstəyi ilə dünyanı heyran qoyan layihələr həyata keçirəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə Hacı İbrahim Nehrəmli vurğulayıb.

# 98
avatar

Mübariz Aslanov

Oxşar yazılar