Viski, qumar və hacılıq testi - <span style="color:red;">AKTUAL ŞƏRH
07 mart 2016 16:37 (UTC +04:00)

Viski, qumar və hacılıq testi - AKTUAL ŞƏRH

 

(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz. (Bəqərə, 219)

 

Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maidə, 90)

 

Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? (Maidə, 91)

 

“Həccə getməyimin məqsədi Allah evini ziyarət etmək idi. Hər bir imkanlı müsəlman kimi, mən də bu müqəddəs yolu getdim. Məkkəyə gedəndə də üzümü Allaha tutub bildirdim ki, mən şərab içəcəyəm. Mən iş adamıyam, Məkkədə içmirəm ki?! Gəlmişəm, Azərbaycanda içirəm də”. (HACI İbrahim Nehrəmli)

 

Əgər ...kazino açılmasına icazə verilərsə, o zaman Azərbaycana gələn turistlərin sayı dəfələrlə artacaq və ölkəyə milyardlarla vəsait daxil olacaq. Mən özüm də bir neçə dəfə kazinolarda olmuşam. Uduzan və udan vaxtlarım da olub. Bu, o demək deyil ki, biz qumar oynamışıq”. (HACI İbrahim Nehrəmli)

 

 

Bir neçə sualım var:

 

 

# 346
avatar

Anar Gəraylı

Oxşar yazılar