Səudiyyə Suriyaya girəcəyi vaxtı açıqladı
12 fevral 2016 02:17 (UTC +04:00)

Səudiyyə Suriyaya girəcəyi vaxtı açıqladı

Səudiyyə Ərəbistanı müdafiə nazirliyinin əməkdaşı  general-mayor Əhməd Asiri ölkəsinin formalaşdırdığı koalisiyanın Suriyaya girəcəyi tarixi açıqlayıb.
 
 
Avropa.info xəbər verir ki, Asiri  koalisiyanın mart, aprel aylarında Suriyaya girəcəyini deyib. Asiri  İŞİD-ə qarşı  vuruşacaq koalisiyada 38 ölkənin iştirak etmək istədiyini bildirib: "Koordinasiya mərkəzi quracağıq. Koalisiyanın tərkibi baş qərargah rəisləri səviyyəsində keçiriləcək toplantıda müəyyənləşəcək və yekun detallar da müdafiə nazirlərinin toplantısında müzakirə ediləcək".
 
 
Asiri Suriyaya əsgər göndərmək məsələsində Səudiyyənin mövqeyinin dəqiq və aydın olduğunu da qeyd edib.
# 231
avatar

Oxşar yazılar