Ər Riyaddan ABŞ-a İŞİD-ə dair təklif
12 fevral 2016 02:01 (UTC +04:00)

Ər Riyaddan ABŞ-a İŞİD-ə dair təklif

Səudiyyə Ərəbistanı ABŞ-a İŞİD-lə  mübarizədə köməyinin artırılmasını təklif edib.    

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Pentaqonun nümayəndəsi Sem Kukun sözlərinə əsasən, rəsmi Ər Riyad İŞİD-ə qarşı mübarizədə öz hərbi tövhəsini genişləndirməyi təklif edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı əsasən İŞİD-in mövqelərinə endirilən hava zərbələrində rolununun artırlmasını təklif edib.  

 

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı ordusunun briqada generalı Suriyaya quru qoşun kontingentinin göndərilməsinin planlaşdırıldığını bildirib. 

# 176
avatar

Oxşar yazılar