Eynşteyn haqlı çıxdı! Qravitasiya Dalğaları mövcuddur
12 fevral 2016 00:15 (UTC +04:00)

Eynşteyn haqlı çıxdı! Qravitasiya Dalğaları mövcuddur

Elm tarixində son onilliyin ən möhtəşəm hadisəsi baş verib. Qərb alimləri Albert Eynşteynin hələ 1915-ci ildə iddia etdiyi qravitasiya dalğaları  qeydə alıblar. APA-nın “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, Lazer İnterferometr Qravitasiya Dalğaları Rəsədxanasının (Laser Interferometer Gravitational Wave Observatory) tədqiqatçılarının yaydığı açıqlamaya əsasən, kiçik titrəyişlərlə müşahidə edilən qravitasiya dalğaları Yer kürəsindən 1,3 milyard işıq ili məsafədə yerləşən və Günəşdən 30 dəfə böyük olan iki “qara dəliyin” toqquşması nəticəsində qeydə alınıb.

 

Məlumata görə, bu dalğaları qeydə almaq üçün iki ədəd, dəyəri 205 milyon dollar olan qəbuledicilərdən istifadə edilib.

 

Qəbuledicilər həmin dalğaları səs formasında dinləməyə imkan yaradıb. 

# 246
avatar

Oxşar yazılar