ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
11 fevral 2016 19:07 (UTC +04:00)

ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

Kristian Vigenin ATƏT PA-nın sədri İlkka Kanevra tərəfindən assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədəATƏT Parlament Assambleyasının baş katibi Roberto Montellanın Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovaya ünvanladığı təşəkkür məktubunda qeyd edilir.

 

Bildirilir ki, yeni nümayəndə region üçün mühüm əhəmiyyət daşıyan məsələlərin həllində səylərini əsirgəməyəcək və bu işi daha da canlandıracaq.

 

Roberto Montella bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, səfər çərçivəsində müzakirə olunmuş məsələlərin əhəmiyyətini qeyd edir, ATƏT PA rəhbərliyinin Azərbaycanla əlaqələrinin bərpası üçün yaranmış fürsəti yüksək dəyərləndirir. O, özünün rəhbərliyi altında çalışan ATƏT PA-nın Beynəlxalq Katibliyinin tam qərəzsiz şəkildə təkcə ATƏT parlamentariləri deyil, ATƏTregionunun bütün xalqları naminə işləyəcəyini bildirir. 

 

Qeyd edək ki, indiyədək ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş olub. 

# 293
avatar

Oxşar yazılar