Bir ay əvvəl evlənən şəxsin evi yandı
11 fevral 2016 18:37 (UTC +04:00)

Bir ay əvvəl evlənən şəxsin evi yandı

 

Qax rayonunun Qum kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

APA-nın Şəki-Zaqatala bürosu isə xəbər verir ki, yanğın bu gün günorta saatlarında Qum kənd sakini Feyzullah Yusifova məxsus, ümumi sahəsi 121 kv/m olan kürsülü, birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində baş verib.

 

Ev içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın baş verən an evdə yalnız ev sahibi olub. Hadisənin odun sobasından baş verdiyi ehtimal edilir.

 

Yanğın zamanı xəsarət alan olmayıb və yaxınlıqda olan bir yaşayış evi, iki mal tövləsi və bir yardımçı tikili yanğından mühafizə olunub.

 

Bir ay əvvəl F. Yusifovun oğlunun toyu olub, yeni evlənmiş cütlüyün cehizi də yanaraq külə dönüb.

 

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

 

Lent.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 
# 217
avatar

Oxşar yazılar