"Dəmirbank" "AGBank"la birləşməkdən imtina etdi
11 fevral 2016 17:34 (UTC +04:00)

"Dəmirbank" "AGBank"la birləşməkdən imtina etdi

 

Ötən ay “DəmirBank” və “AGBank” arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra “DəmirBank” rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank” ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözü gedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.

# 197
avatar

Oxşar yazılar