Yeni təqaüd qaydaları neçə tələbəyə şamil ediləcək? - <span style="color:red;">RƏSMİ
11 fevral 2016 15:51 (UTC +04:00)

Yeni təqaüd qaydaları neçə tələbəyə şamil ediləcək? - RƏSMİ

“Hazırda dövlət büdcəsi vəsaiti hesabına 74 mindən artıq tələbə müxtəlif ali təhsil müəssisələrində təhsil alır”.

 

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdiri Rauf Orucov “Təhsil” televiziyasının “Təməl” verilişində deyib.

 

R.Orucov bildirib ki, statistikaya görə, həmin 74 min tələbədən orta hesabla 58 min nəfər təqaüd alır:  “ Eyni zamanda orta ixtisas təhsili müəssisələrində təhsil alan 45 min tələbədən 19 mini təqaüd alır”.

R. Orucovun sözlərinə görə, fevral ayından başlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təqaüdlər qeyd olunan qaydalara əsasən təmin ediləcək və tələbələr mart ayının əvvəlindən təqaüdlərini yeni əsaslarla ala biləcəklər: “ Məlumdur ki, prezidentin müvafiq fərmanı ilə cari ilin fevral ayından təqaüdlər  orta hesabla 10 faiz artırılıb. Belə ki, akademik göstəricisi 51-100 bal olan tələbə 55 manat, 71 -100 olan tələbə 88 manat, 91-100 olan  tələbə isə 104 manat təqaüd ala biləcək.

 

Şöbə müdiri onu da əlavə edib ki, dövlət büdcəsindən hər il ali təhsil müəssisələrində təqaüdlərin verilməsinə 35 milyona yaxın, orta ixtisas təhsil müəssisələrində isə 9 milyon vəsait ayrılır. 

 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev isə bildirib ki, əvvəllər dövlət sifarişi üzrə qiyabi təhsil alan tələbələr təqaüd almırdılar, ancaq yeni qaydalara əsasən bu təqaüd itməyəcək və həmin təqaüd əyani təhsil forması üzrə həmin qiyabi təhsil alan tələbə ilə eyni ixtisasda oxuyan, yüksək akademik nailiyyətlər göstərən tələbəyə şamil ediləcək. Bundan başqa, dövlət sifarişi ilə təhsil alan, ancaq universitetdən xaric edilən tələbənin təqaüd payı onun yerinə təyin olunan tələbəyə, ya da başqa imtiyazlı təbəqədən olan tələbəyə verilə bilər.

Y. Piriyev onu da əlavə edib ki, artıq bütün ali təhsil müəssisələri yeni qaydalarla bağlı məlumatlandırılıb və  universitetlər bu gün həmin qaydaları vaxtında yeniləməyə hazırdırlar.

 

 

# 164
avatar

Fərizə Əhmədova

Oxşar yazılar