Türkiyə ilə İsrail arasında <span style="color:red;">TARİXİ RAZILAŞMA
11 fevral 2016 15:15 (UTC +04:00)

Türkiyə ilə İsrail arasında TARİXİ RAZILAŞMA

Türkiyə və İsrail diplomatları arasında İsveçrədə baş tutan növbəti görüşdə tərəflər “Mavi Mərmərə” gəmisində həyatını itirənlərin ailələrinə təzminat ödənilməsi ilə bağlı məsələdə yekun razılaşmaya gəliblər. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə özəl bir fond yaradılacaq və İsrail dövləti bu fondun hesabına 20 milyon dollar köçürəcək.

 

Bildirilir ki, görüşdə Türkiyəni həmişəki kimi xarici işlər nazirinin müşaviri Firudin Sinirlioğlu təmsil edib. İsrail tərəfdən isə bu ölkənin baş naziri Benjamin Netenyahunun şəxsi nümayəndəsi, diplomat Hozef Kekhanover iştirak edib. Bir müddət əvvəl İsrailin kəşfiyyat orqanı olan MOSSAD-ın rəhbəri təyin edilən Yossu Kohen isə  əvvəlkilərdən fərqli olaraq son toplantıya qatılmayıb.

 

Qeyd edək ki, tərəflər görüşlərini bundan sonra da davam etdirməyə qərar veriblər. Əsas müzakirə mövzuları isə Qəzzanın blokadadan çıxarılması və Türkiyə ilə İsrail arasındakı enerji anlaşmasının əldə edilməsidir.

 

# 206
avatar

Oxşar yazılar