Ərdoğandan BMT-nin ünvanına <span style="color:red;">SƏRT SÖZLƏR
11 fevral 2016 14:58 (UTC +04:00)

Ərdoğandan BMT-nin ünvanına SƏRT SÖZLƏR

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya məsələsində beynəlxalq təşkilatların tutduğu mövqeni sərt tənqid edib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Ərdoğan Əsəd qüvvələrinin və dəstəkçilərinin mülki insanlara qarşı hücumlarının artmasına BMT-nin səssiz qalmasını bu sözlərlə tənqid edib: “İnsanların sığındıqları ərazilər, onlara könüllü yardım edənlər Rusiya və Bəşər Əsəd qüvvələri tərəfindən bombardman edilir. Biz ən pis ssenariləri hesablayıb addımlarımızı atırıq. BMT, bəs sən nə edirsən? Türkiyə əlindən gələni edərkən BMT, sən nə edirdin?! Dünyadakı digər ölkələrin qəbul etdiyi qaçqın sayı nə qədərdir? Bizim alnımıza avam yazılıb? Bir yerə qədər səbir edərik, sonra isə lazım olanı edərik”.

 

Ərdoğan ölkəsinin son 5 ildə 3 milyon suriyalı qaçqına qucaq açdığını əlavə edib və hər görüşündə Suriya ilə sərhəddə təhlükəsiz zona yaradılması məsələsini gündəmə gətirdiyini deyib. O həmçinin qeyd edib ki, Avropanın qaçqın məsələsi ilə bağlı Türkiyəyə 3 milyard dollar ayırması əslində səmimi addım deyil. Çünki Avropa ölkələri bu pulu hansısa layihələrlə bağlayıblar.

# 264
avatar

Oxşar yazılar