Nənə üç azyaşlı nəvəsi ilə yanaraq öldü
07 fevral 2016 04:07 (UTC +04:00)

Nənə üç azyaşlı nəvəsi ilə yanaraq öldü

Moskvaətrafı Puşkin rayonunun Çerkizovo qəsəbəsində fərdi evdə baş vermiş yanğın nəticəsində qadın üç azyaşlı nəvəsi ilə birlikdə yanaraq ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  yanğın söndürüldükdən sonra hadisə yerində 2012, 2013, 2015-ci il təvəllüdlü üç uşaq və onların nənəsinin yanmış cəsədləri aşkarlanıb.  

 

Məlumata görə, hadisədən bir gün əvvəl valideynləri dördüncü uşağı Moskvaya qohumları gilə  göndəriblər.

 

Yanğının səbəbləri araşdırılır. 

# 249
avatar

Oxşar yazılar